Bu ilin yanvar ayında Azərbaycana 35,55 min. ABŞ dolları dəyərində 8,24 ton təbii bal idxal edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər olaraq 8,7 faiz, həcm ifadəsində isə 5,8 faiz çoxdur.
Hesabat dövründə məhsul yalnız Türkiyə və İrandan idxal olunub.
Dəyər ifadəsində ən çox idxal Türkiyədən olunub. Bu ölkədən cari ilin ilk ayında 29,55 min dollar dəyərində 6,24 ton təbii bal idxal edilib ki, bu da 2022-ci ilin yanvar göstəricilərindən dəyər və həcm olaraq 2,8 və 2,6 dəfə çoxdur.
İrandan isə 6 min dollarlıq 2 ton bal tədarük edilib ki, bu da 2022-ci ilin yanvar göstəricisi ilə müqayisədə dəyər və həcm baxımından 44,5 faiz azdır.
Qeyd edək ki, bu ilin yanvarında Azərbaycandan cəmi 1,11 min dollar dəyərində 0,04 ton təbii bal ixrac edilib. Ötən ilin yanvarına nisbətdə ixracın dəyəri 18,5 dəfə, həcmi isə 2 dəfə artıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodunun ixrac coğrafiyası genişlənməkdə davam edir. İZİA-dan “vergiler.az”a verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Sloveniyaya məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi göndərilib.
Qeyd edək ki, “SOCAR Karbamid” zavodu 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb, zavod tərəfindən Sənaye Parkının ərazisində azot gübrəsinin istehsalı həyata keçirilir.
İndiyədək müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilib.
Aprelin 3-də Bakıda Energetika Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək.
Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, Forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, “yaşıl enerji” layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.
Tədbir çərçivəsində Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi də nəzərdə tutulur.
İsrailin Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyi (MASHAV), USAID/Azerbaijan və “Coca-Cola Azerbaijan”ın birgə layihəsi çərçivəsində Gəncədə - Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris-Təcrübə Təsərrüfatında intensiv və yarı-intensiv meyvə bağları nümayiş sahəsi salınıb.
“vergiler.az” İsrailin Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, 2,5 hektar sahədə 3400-dən çox alma, nar, gilas, şaftalı, nektarin ağacları əkilib.
“Ən qabaqcıl və səmərəli üsullardan istifadə edərək intensiv meyvə bağlarının salınması və idarə olunması ənənəvi meyvə bağlarından daha məhsuldar, səmərəli və dayanıqlı olacaq, universitetin tələbələri və işçi heyətinin praktiki bilik və bacarıqlar əldə etmələrinə imkan yaradacaq”, - məlumatda bildirilir.
Dirək sistemləri və müasir damlama suvarma sistemləri ilə təchiz edilən bu bağlar Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına dəstək verəcək ki, bu da kənd yerlərində gəlirlərin artırılması, güclü və dayanıqlı icmaların qurulması üçün olduqca vacibdir.
Mərkəzi Baltik regionu ölkələri Latviya, Estoniya və Finlandiya Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirəcək və bizneslər arasında şəbəkələşmənin qurulmasını təşviq edəcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “vergiler.az”a verilən məlumata görə, bunu Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihə departamentinin rəhbəri Liqa Siçeva ASK-nın vitse-prezidenti Vüqar Zeynalovla görüşü zamanı deyib.
O, “yaşıl” texnologiyalar, ali təhsil, İKT və interyer dizayn məhsullarının əsas hədəf sektorlar seçildiyini bildirib.
L.Siçeva deyib ki, 3 il davam edəcək layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyaya 3, Azərbaycana isə 1 biznes missiya təşkil olunacaq və biznes forumlar keçiriləcək. Departament rəhbəri ilk biznes missiyanın bu ilin payızında olacağını, Finlandiya, Estoniya və Latviya tərəfindən 15, Azərbaycandan isə 8 şirkətin cəlb ediləcəyini vurğulayıb.
Prezident İlham Əliyev “Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 248 823,84 min ABŞ dolları dəyərində 391 093,25 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 198 288,11 min dollar (4,9 dəfədən çox), həcm baxımından isə 299 330,71 ton (4,2 dəfədən çox) üstələyir.
Təkcə cari ilin fevralında bu ölkəyə 157 104,14 min dollar dəyərində 245 152,3 ton xam neft məhsulları ixrac edilib ki, bu da yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 65 384,44 min dollar (71,3 faiz), həcm olaraq isə 99 211,35 ton (68 faiz) çoxdur.
ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət katibinə Çin Xalq Respublikasının (ÇXR) beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdə olan ölkə statusunun ləğv edilməsinə dair qanun layihəsini təsdiqləyib.
“Hill” qəzetinin xəbərində bildirilir ki, 415 nəfər yekdilliklə “ÇXR-in inkişaf etməkdə olan ölkə olmadığı haqqında” qanuna səs verib. "Qanun layihəsi Dövlət Katibinə həm ABŞ-ın, həm də Çinin daxil olduğu beynəlxalq təşkilatlarda ÇXR-in statusunun orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə və ya inkişaf etmiş bir ölkəyə dəyişdirilməsinə nail olmağı tövsiyə edir”, - qəzet yazıb.
Bundan əlavə, ABŞ-nin dövlət katibi ÇXR-in inkişaf etməkdə olan ölkə statusuna görə yardım və ya güzəştlər almamasına nəzarət etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət idarə, müəssisə və təşkilatlarında dövlət metroloji nəzarət tədbirlərini davam etdirir.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, ötən ilin sentyabr ayından etibarən Dövlət Xidməti tərəfindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azəriqaz” İB-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.
Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azəriqaz” İB-nin Metrologiya Departamentində 24 ölçmə vasitəsi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan 6 müəssisədə 121 ölçmə vasitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 4 müəssisədə 95 ölçmə vasitəsi dövri yoxlamadan keçirilib.
Hazırda Dövlət Xidməti Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin sınaq laboratoriyasında, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan qurumlarda ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqləri davam etdirir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 199 446,45 min ABŞ dolları və ya 3,2 dəfədən çox artaraq 289 377,58 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan İspaniyaya 277 730,62 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 196 934,65 min dollar və ya 3,4 dəfədən çox üstələyir.
İspaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 27,5 faiz və ya 2 511,8 min dollar artaraq 11 646,96 min dollar təşkil edib.
Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində İspaniya ilə ticarətin payı 4,04 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2,9 faiz bəndi çoxdur.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) Türkiyə Katılım Banklar Birliyi (TKBB) ilə yeni anlaşma memorandumu imzalayıb.
İctimai Birlikdən “vergiler.az”a verilən məlumata əsasən, sənədin məqsədi Azərbaycanda İslam bankçılığı ilə bağlı real və ya virtual mühitlərdə birgə seminarlar, simpoziumlar, konfranslar və təlim proqramlarının təşkili, islam bankçılığı üzrə beynəlxalq qurumlarla qarşılıqlı əlaqələr üzrə vasitəçilik, İslam bankçılığı məsələləri üzrə rəsmi orqan və qurumlarla birgə müzakirələrin aparılmasıdır.
Memorandumda, həmçinin, SER nümayəndələrinin Türkiyənin İslam banklarında qısamüddətli təcrübələrinin tənzimlənməsi, Azərbaycan cəmiyyətinin İslam bankçılığı barəsində maarifləndirilməsi məqsədilə birgə broşürlərin, kitabların nəşri və yayılması nəzərdə tutulub.
Qeyd edək ki, bu addım 2016-cı ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində TKBB ilə səmərəli əməkdaşlığın davamıdır. Yeni memorandum çərçivəsində SER və TKBB ölkəmizdə İslam bankçılığının dəstəklənməsini, əhalinin bu istiqamətdə maarifləndirilməsini nəzərdə tutan layihələrdə əməkdaşlıq edəcəklər.
“vergiler.az” mövzu ilə bağlı iqtisadçı Anar Bayramovun şərhini təqdim edir.
Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ huquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
Vergi Məcəlləsində 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, Məcəllənin 2.5-ci maddəsinin müddəalarının tətbiq olunmaması halları artırılıb. Təsdiq edilən dəyişikliyə əsasən, Məcəllənin 2.6-cı maddəsində “münasibətdə,” sözü “münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən” sözləri ilə əvəz edilib. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 2.6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.
Misal. Tutaq ki, Azərbaycan rezidenti bu maddənin müddəalarına müvafiq olaraq Böyük Britaniyada gəlir əldə edib və ya orada vergi ödəyib. Ödənilmiş vergi Azərbaycan Respublikasında həmin rezident tərəfindən ödənilən vergidən (məsələn, mənfəət vergisi, əmlak vergisi) çıxılmalıdır. Vergi orqanının həyata keçirdiyi nəzarət tədbirləri zamanı vergi ödəyicisinin qeyd olunan fəaliyyətlərdən vergidən yayınma məqsədilə istifadə etdiyi müəyyən olunduğu halda həmin fəaliyyət üzrə Azərbaycanla Böyük Britaniya arasında müqavilənin müddəaları yox, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri əsas götürülür.
Mənbə: Anar Bayramov. “Vergi qanunvericiliyi və şərhlər toplusu - 2023” kitabı
Son vaxtlarda FED və Azərbaycan Mərkəzi Bankının monetar siyasətində bir sinxronluq müşahidə edilir. Bu, başa düşüləndir. “vergiler.az” xəbər verir ki, bu fikri iqtisadçı Eldəniz Əmirov Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin artırılması ilə bağlı son qərarını şərh edərkən səsləndirib.
O, qeyd edib ki, qərarda təkcə ölkədaxili deyil, eyni zamanda xarici faktorların, xüsusilə, FED-in qərarları ilə dolların dəyər dinamikası nəzərə alınıb. Uçot dərəcəsinin yenidən qaldırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır:
“Uçot dərəcəsi artırılırsa, deməli, infilyasiya səngimir ki, bu addım atılır. Digər bir maraqlı məqam da Mərkəzi Bankın 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozunu yenidən təsdiqləməsidir. Bununla 2022-ci ildəki infilyasiya 6 faiz bəndi azalacaq. İlk baxışdan 8%-lik proqnoz və uçot dərəcəsinin davamlı artırılması təzadlı görünə bilər. Yəni sual yarana bilər ki, əgər inflyasiyanın 6 faiz bəndi enərək 8%-ə düşəcəyi proqnoz edilirsə, uçot dərəcəsi niyə qaldırılır? Axı uçot dərəcəsinin qaldırılması həm də iqtisadi aktivliyi boğur? Amma inflyasiyanın aşağı proqnozu ilə uçot dərəcəsinin artırılması arasında məntiqi əlaqə var: məqsəd uçot dərəcəsinin davamlı artırılması hesabına infilyasiyanın 8%-ə endirilməsinə nail olmaqdır”.
E.Əmirov uçot dərəcəsinin artırılmasının həm xarici, həm də daxili faktorlara görə vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, may ayında uçot dərəcəsinin yenidən artırılması ehtimalı istisna deyil. Bu artımın təsirlərinə gəlincə, hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur: “Nəzərə alsaq ki, manatın arxasında 9 milyard dollardan artıq valyuta ehtiyatına malik Mərkəzi Bank durur və manata ciddi təzyiq etməyə hazır olan dolların məzənnəsini əlində bərk saxlayıb, deməli, hələlik manatın məzənnəsi ilə bağlı hər hansı qorxu yoxdur. Bu prosesin nə qədər nəzarətdə saxlanıla biləcəyi isə bir çox faktorlardan asılıdır”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının martın 29-da verdiyi qərara əsasən, uçot dərəcəsi 8,75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, yuxarı həddi isə 9,75%-ə qaldırılıb.
Nazirlər Kabinetinin 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları"nın 2.1.2.1-ci bəndinə əsasən məcmu illik gəlirlərə satışdankənar gəlirlər (faiz, müsbət məzənnə fərqi və s.) daxildirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları"nın 2.1.2.1-ci bəndinə əsasən mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət sayılır.
Vergi qanunvericiliyinin müddəalarına əsasən gəlir dedikdə, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab olunur.
Qeyd olunanlara əsasən vergi ödəyicilərinin satışdankənar gəlirləri adıçəkilən meyarların 2.1.2.1-ci bəndində nəzərdə tutulan məcmu gəlirlərə daxil edilmir.
Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 28-də növbəti hərrac keçirilib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hərraca həm iri, həm də kiçik həcmli sərmayə tələb edən müxtəlif çeşidli obyektlər çıxarılıb. Budəfəki hərracda 4 obyekt və 1 yarımçıq tikili özəlləşdirilib.
Hərracda əmlaklardan birinin qiyməti 2 dəfə çox artıb. Belə ki, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən mağazanın ilkin start qiyməti 9 min manat olsa da, son təklif 18 500 manatadək yüksəlib.
Mağazanın ümumi faydalı sahəsi 97 kvadratmetr, torpaq sahəsi isə 170 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Hərracda özəlləşdirilən yarımçıq tikili Gəncə şəhərində yerləşir. Torpaq sahəsi 4521 kvadratmetr olan əmlak 110 000 manata satılıb.
Satılan əmlaklar üzrə dövlət büdcəsinə 164 750 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Xidmətin rəsmi səhifəsindən (https://clck.ru/33ihWp) tanış olmaq olar.
Növbəti hərraclar 4, 11, 12, 18 aprel tarixlərində keçiriləcək. Hərraclara 88 əmlak çıxarılacaq.
İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılan İdarəedici qrupun növbəti iclası keçirilib.
Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, iclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov AYİB ilə birgə həyata keçirilən layihələrin ölkənin “yaşıl” inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib. Tədbirdə “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülən işlər, əldə olunan nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.
şəmşirlərlə parçalayır,süngü ilə dəlik-deşik edir, körpə uşaqları
süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir,
evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və
saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə
ölüncəyə qədər döyürdülər".
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox azərbaycanlını ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edilmişdir. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: "Ermənilər Bakının müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parça-parça edilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələrimizi də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən fotonşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 2560 nəfəri qadın və 1277-si uşaqlar olmuşdur.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər. Onların vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan qətlə yetirilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdür. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar və bunlardan 35-i hazırda mövcud deyildir.
1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər "Böyük Ermənistan" yaratmaq xülyası ilə ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə 1918-ci ilin aprel ayının sonuna bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.
1918-ci ilin yazında erməni-bolşevik dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqda tarixi faktları kiçik bir yazıya yerləşdirmək mümkün deyil. Lakin sadalanan faktlar da yetərlidir ki, 1918-ci ilin mart ayında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilsin.
Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Tarix üzrə fəlsəfə doktoru
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtər şəhərində Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanunu Azərbaycan Republikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci ildə təsdiq edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, vergi ödəyicilərinin dəyişiklikləri daha rahat mənimsəməsi üçün praktiki sorğular əsasında müvafiq sual-cavab kitabçası hazırlanıb.
Kitabça ilə bu link vasitəsilə tanış olmaq mümkündür ("Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda (2023)" altbölməsində):
https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumunun (HAK) əməkdaşlarına “ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri” standartı üzrə onlayn təlim keçib.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, iştirakçılara əvvəlcə AZSTAND-ın fəaliyyəti haqqında məlumat verilib. Daha sonra ISO 22000 və digər beynəlxalq standartlar üzrə baş auditor, təlimçi Nigar Hüseynova tərəfindən Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, yüksək səviyyəli struktur, risk əsaslı düşüncə və ISO 22000:2018 standartının tələbləri mövzusunda təlim keçirilib.
AZSTAND-ın Məhsulların və xidmətlərin sertifikatlaşdırılması şöbəsinin müdiri, baş auditor Habil Hümbətov isə iştirakçıları Qida təhlükəsizliyinin idarə edilməsi üçün sistemin (HACCP) yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri, həmçinin sistemlə ISO 22000:2018 arasındakı əlaqə barədə məlumatlandırıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu arasında halal akkreditasiya sahəsində Anlaşma Memorandumu 19 fevral 2021-ci ildə Ankara şəhərində imzalanıb. Sənədə əsasən, tərəflər arasında akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq çərçivəsində maarifləndirici təlimlər və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Ölkənin bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayının sonunda ötən aya nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,4 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16,9 faiz, kredit kartları üzrə 28,7 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1,5 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
2023-cü ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2877 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2252 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 milyon manatı POS-terminallar, 2,9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50,9 faizini təşkil edib.