ABŞ hökumətinin TikTok ilə bağlı məsələləri müzakirə etdiyi bir vaxtda ByteDance şirkətinə məxsus olan digər sosial şəbəkə ABŞ-da məşhurlaşmağa başlayıb. Söhbət, Lemon8 adlı sosial şəbəkədən gedir. Sözügedən sosial şəbəkə gənc icma arasında kontentlərin mübadiləsi üçün nəzərdə tutulub. Lemon8 foto və ya video ilə müşaiyət edilən mətn formatında iri həcmli paylaşımların yaradılması imkanını verir. Sosial şəbəkə daxilində olan ən məşhur mövzulara misal olaraq moda, fitnes, səyahət və kulinariyanı gətirmək olar. Sosial şəbəkə daxilində ana səhifə abunəliklər və hər bir istifadəçinin maraqları əsasında formalaşır.

TikTok-dan fərqli olaraq Lemon8 bir növ Instagram ilə Pinterest-in birləşməsidir. App Store-un ABŞ regionu üzrə yüklənmə sayına görə Lemon8 tətbiqi artıq Pinterest və Tinder-i geridə qoyub. Əslində Lemon8-in kimə məxsus olduğu sualına sadə bir cavab yoxdur. Kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən sözügedən layihə ByteDance şirkətinə məxsusdur. Görünür, bu məlumat həqiqətdən heç də uzaq deyil. Tətbiqin App Store-dakı səhifəsində tərtibatçı kimi Sinqapurun Heliophilia Pte adlı şirkəti qeyd edilib. Bu şirkət isə öz növbəsində yerli TikTok-un baş ofisinin yerləşdiyi ünvan üzrə qeydiyyatdan keçirilib. ByteDance ilə əlaqəsinin olduğu güman edilən Lemon8 platforması TikTok kimi ABŞ hökuməti tərəfindən ciddi nəzarətə alına bilər.

İnsayderlər iPhone 15 Pro modellərinin düymələri barəsində yeni məlumatlar veriblər. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple iPhone 15 Pro modellərində fiziki düymələri sensorlu düymələr ilə əvəz edəcək. İndi isə insayderlər bildiriblər ki, iPhone 15 Pro modellərində səsin tənzimlənməsi üçün olacaq sensorlu düymələri elə şəkildə ayarlamaq olacaq ki, həmin düymələr hətta istifadəçi əllərinin əlcəkdə olduqları zaman da toxunuşlara reaksiya verə biləcəklər. Gözləntilərə əsasən Apple bu il iPhone 15 Pro modellərində səsin tənzimlənməsi düymələrini vahid sahə kimi reallaşdıracaq və həmin sahə sensorlu olacaq.

Müqayisə üçün qeyd etmək lazımdır ki, indiyədək olmuş iPhone modellərində səsin tənzimlənməsi düymələri bir-birindən ayrı iki düymə şəklində reallaşdırılıb. Adətən sensorlu düymələr birbaşa dəri ilə qarşılıqlı əlaqəni tələb edirlər. Nəticədə istifadəçi əlləri əlçək daxilində olduğu zaman sensorlu düymələrdən istifadə etmək mümkün olmur. Lakin insayderlər bildiriblər ki, iPhone 15 Pro modellərində olacaq sensorlu düymələrin həssaslıqlarını tənzimləmək mümkün olacaq. Bunun sayəsində isə istifadəçi əlləri hətta əlcək daxilində olan zaman da sensorlu düymələrdən istifadə etmək mümkün olacaq.

Çinin online ticarət platformalarında az tanınan brendlər tərəfindən təklif edilən çoxlu sayda müxtəlif NVIDIA videokartına rast gəlmək olar. Çox hallarda həmin az tanınan istehsalçılar alıcıların realda gözlədiklərinin əksi olan məhsulları sataraq onları aldadırlar. NVIDIA isə öz növbəsində buna son qoymaq qərarına gəlib. 51RISC, Corn və MLLSE kimi brendlər daha əvvəllər öz məhsullarını yalnız Çində satırdılar. Lakin bugünki gündə onların məhsullarını həmçinin eBay, Amazon və Newegg kimi platformalarda tapmaq olar. Bu isə öz növbəsində NVIDIA-nın bu məsələyə ciddi yanaşmasına səbəb olub.

Bundan əlavə olaraq sözügedən brendlərin videokartları NVIDIA-nın rəsmi partnyorları tərəfindən satılan videokartların qiymətlərindən daha aşağı olur. Əsas problem isə az tanınan brendlərin NVIDIA adından istifadə etmələri deyil, istifadəçilərin aldadılmasıdır. Məsələ burasındadır ki, az tanınan Çin brendləri kriptovalyuta mayninqində istifadə edilmiş videokartlardakı yaddaş çiplərinin rənglərini dəyişərək onları yeni videokartlar adı ilə istifadəçilərə satırlar. Hal hazırda isə bazarda kriptovalyuta mayninqində istifadə edilmiş çoxlu sayda videokart var. NVIDIA öz növbəsində bu az bilinən brendlər ilə hansısa əlaqəsinin olduğunu təkzib edir. İndi saxta videokartların yayılması ilə mübarizə üçün şirkət JD.com, Douyin, Pinduoduo və Tmall kimi platformalar ilə əməkdaşlıq edir.

Samsung Galaxy Tab S7 FE planşetindən əlavə olaraq həmçinin Galaxy Tab A8 planşeti üçün də OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə başlayıb. Sözügedən planşet üçün proqram təminatı yenilənməsi X200XXU2CWC1 nömrəsi altında təqdim edilib. OneUI 5.1-i bu planşetin ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin bir müddətdən sonra Galaxy Tab A8-in digər ölkələrdəki istifadəçiləri də yenilənmiş OneUI-ni əldə edəcəklər. Qeyd etmək lazımdır ki, planşet OneUI 5.1 ilə yanaşı həmçinin Google şirkətinin yanvar ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.

Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən ola bilər ki Apple iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində öz ilk qarışıq reallıq (AR + VR /Mixed Reality) cihazını anons etməsin. Analitikin sözlərinə əsasən bəzi hallar səbəbilə şirkət öz ilk MR cihazının bazarda lazımi səviyyədə qarşılanmayacağı fikrinə gəlib çıxmış ola bilər. Bu halda şirkət MR cihazın istehsalını 1-2 aylıq təxirə salacaq. Yəni qarışıq reallıq cihazının istehsalına bu ilin üçüncü rübündə start verilə bilər. Bu səbəbdən də şirkət cihazın anonsunu təxirə salacaq.

Analitik bildirib ki, Apple şirkəti anlayır ki, hal hazırki vəziyyətdə istifadəçilərin MR cihazına maraqları aşağı düşə bilər. Məlumatda qeyd edilib ki, bunun üçün bir sıra faktor var. Onlara misal olaraq qlobal iqtisadi böhranı və MR cihaz ilə artıq yaxından tanış olmuş tətbiq tərtibatçılarının cihaz haqqında heç də müsbət olmayan fikirlərini gətirmək olar. Son məlumatlara əsasən Apple şirkətinin ilk qarışıq reallıq cihazının qiyməti 3000$ təşkil edəcək. Şirkət üçün tamamilə yeni növ olan bu məhsulun bu qədər yüksək satış qiymətinə sahib olacağına baxmayaraq Apple bu ilin sonuna kimi 300 000 ədəd MR cihaz satmağı planlaşdırır.

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi Pad 6 planşet seriyasının standart versiyası Snapdragon 870, flaqman versiyası isə daha güclü Snapdragon prosessoru ilə təchiz olunacaq. Lakin Digital Chat Station ləqəbli məşhur insayder bu məlumatı təkzib edib. Onun sözlərinə əsasən Xiaomi Pad 6 seriyasının adi modeli də Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq insayder bildirib ki, Xiaomi Pad 2.8K keyfiyyətli ekran ilə təchiz olunacaq və şirkətin daha öncəki planşet modelindən fərqli olaraq yeni planşetin ekran ətrafı çərçivələri daha da nazik olacaqlar. Planşetin ümumi dizaynı isə yastı olacaq. Xiaomi Pad 6 planşet seriyasının nə zaman təqdim ediləcəyi bilinmir.

Samsung şirkəti OneUI 5.1 istifadəçi interfeysini Galaxy F seriyasının daha bir smartfonu üçün istifadəyə verib. Bu dəfə yenilənmiş istifadəçi interfeysini Galaxy F62 smartfonu əldə edib. Sözügedən smartfon üçün OneUI 5.1 versiyası E525FDDU3CBW4 nömrəsi altında istifadəyə verilib. Galaxy F52 smartfonu OneUI 5.1 ilə yanaşı həmçinin Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini də əldə edib. Proqram təminatı yenilənməsi ilk növbədə Galaxy F62-nin Hindistandakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda OneUI 5.1 sözügedən smartfonun digər regionlardakı istifadəçiləri üçün də təqdim ediləcək.

OnePlus şirkəti 4 aprel tarixində baş tutacaq təqdimat tədbirini gözləmədən büdcəli OnePlus Nord CE 3 Lite smartfonunun əsas texniki göstəricilərini təqdim edib. Beləliklə şirkətin vermiş olduğu rəsmi məlumata əsasən OnePlus Nord CE 3 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.72 düym LCD ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfonun əsas fərqləndirici özəlliklərindən biri 108 MP-lik əsas arxa kamera olacaq. Bununla yanaşı smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Şirkət bildirib ki, OnePlus Nord CE 3 Lite smartfonu OxygenOS 13.1 interfeysli Android 13 vasitəsilə çalışacaq.

NASA Marsın uzunmüddətli robotlaşdırılmış araşdırma layihəsinin planını təqdim edib. NASA-nın təqdim etmiş olduğu layihə planında əsas diqqət nisbətən aşağı büdcəli missiyalara və özəl şirkətlərlə əməkdaşlığa ayrılıb. Mars tədqiqatları proqramının direktoru Eric Ianson Mars missiyalarının tez-tez reallaşdırılmasını nəzərdə tutan yeni strategiyanın əsas faktorlarını bu həftə təqdim edib. “Biz, Mars süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması kimi diqqət çəkəcək daha nələri edə biləcəyimizi anlamaq üçün növbəti 20 ilə nəzər salmaq istəyirik. Biz bunu daha aşağı xərclər və müntəzəm Mars missiyaları vasitəsilə reallaşdırmağı təklif edirik” - deyə Eric Ianson qeyd edib.

NASA-nın yeni strategiyası “Exploring Mars Together” adını əldə edib. O, NASA-da “dayanıqlı Mars missiyaları seriyası” adlandırılan şəraitin formalaşdırılmasını təklif edir. Yeni strategiyanın reallaşdırılması bu onilliyin sonunda Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyasının başlayacağı vaxt üçün nəzərdə tutulub. Hal hazırda NASA hələ ki, Marsın bir ədəd robotlaşdırılmış tədqiqat missiyasını planlaşdırır. Söhbət, planetin maqnitosferini incələmək üçün nəzərdə tutulmuş layihədən gedir. Sözügedən layihə “Escape and Plasma Acceleration and Dynamics Explorers” adını əldə edib və onun reallaşdırılması 2024-cü ilin sonuna planlaşdırılıb.

Güman olunur ki, buna bənzər hər bir Mars missiyasının dəyəri 100-300 milyon dollar təşkil edəcək. Bundan əlavə olaraq NASA orta səviyyəli missiyaların reallaşdırılmasını da dəstəkləyəcək. Buna misal olaraq dəyəri 1 milyard dollar olan robotlaşdırılmış eniş modulunun işə salınmasından gedir. Bu layihə “Mars Life Explorer” adlanır. NASA Marsda uzaq keçmişdə potensial olaraq mövcud ola bilmiş həyat növünün izlərini axtarmağa və planetin iqlim ilə geoloji vəziyyətlərini araşdırmağa davam edəcək. Bu məsələlərdə kosmik agentlik beynəlxalq partnyorlar və özəl şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.

Midjourney şirkəti özünün eyniadlı neyron şəbəkəsindən pulsuz istifadə imkanını ləğv edib. Bu, istifadəçilərin Midjourney-dən istifadə edərək məşhur şəxslər üzərindən deepfake-lər yaratmalarından sonra baş verib. Qeyd etmək lazımdır ki, Midjourney neyron şəbəkəsi mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulub. Şirkətin təsisçisi və direktoru olan David Holz rəsmi olaraq bildirib ki, şirkət öz neyron şəbəkəsindən pulsuz istifadə imkanını ləğv edib. Səbəb isə neyron şəbəkəsinə olan böyük tələbat və istifadəçilərin ondan sui-istifadə etmələridir.

Holz-un sözlərinə əsasən neyron şəbəkəsindən istifadə üzrə yeni təhlükəsizlik qaydaları pulsuz istifadə çərçivəsində generativ süni zəkadan düzgün şəkildə istifadə etməmə hallarının qarşısını ala bilməyiblər. Bundan sonra Midjourney-dən istifadə etmək üçün istifadəçilər aylıq 10$ ödəməli olacaqlar. The Washington Post-un verdiyi məlumata əsasən son zamanlarda Midjourney heç də xoş olmayan mövzuların mərkəzlərində yer alıb. Məsələn istifadəçilər neyron şəbəkəsindən istifadə edərək Donald Trump-ın həbsini və Roma Papası Fransiski dəbli geyimlərdə əks etdirən saxta fotoların yaradılmasında istifadə ediblər.

Bu cür fotoların tez zamanda fake olduqları sübuta yetirilsə də, dələduzlar internet məkanında dezinformasiyanın yayılması üçün Midjourney kimi neyron şəbəkələrindən istifadə edə bilərlər. Şirkət öz növbəsində bildirib ki, fotoların tərtib edilməsi üçün istifadə edilən neyron şəbəkələrindən istifadə qaydaları təkmilləşdirməyə ehtiyac duyurlar. Holz bildirib ki, Midjourney vasitəsilə süni zəka kontentinin yaradılmasına istiqamətlənmiş siyasətin formalaşdırılmasının qəlizləşməsinə səbəb olan əsas faktorlardan biri də süni zəka sistemlərinin sözün əsl mənasında inandırıcı fotolar yarada bilməsi ilə bağlıdır. Bununla belə Midjourney süni zəka kontentlərinin moderasiyasını təkmilləşdirməyə davam edəcək.

Peakcooper ləqəbli Twitter istifadəçisi bildirib ki, süni zəka əsaslı ChatGPT çat-botu onun Sassy ləqəbli itinin həyatını xilas edib. İstifadəçinin sözlərinə əsasən baytarlar onun itinə gənə infeksiyası diaqnozunu qoyublar və müvafiq müalicəni təyin ediblər. Lakin bir neçə gündən sonra itin vəziyyəti daha da pisləşməyə başlayıb. Təkrar müayinə zamanı isə baytarlar itdə olan problemin diaqnozunu dəqiq şəkildə təyin edə bilməyiblər.

Onlar daha öncə təyin edilmiş müalicənin davam etdirilməsini və bunun itə necə təsir göstərəcəyini gözləməyi bildiriblər. Bu cür yanaşma isə itin sahibini heç qane etməyib və itini digər baytarın yanına aparmaq qərarına gəlib. Lakin iti digər baytarın yanına aparmazdan öncə o, itin qan analizlərini ChatGPT-yə göndərib və ondan dəqiq diaqnozun təyin edilməsini istəyib. Çat-bot baytar olmadığını qeyd etsə də, güman edib ki, itdə autoimmun hemolitik anemiyası ola bilər. Digər baytar da bildirib ki, itdə həqiqətən də bu xəstəlik ola bilər. Aparılmış yeni müayinələr nəticəsində məlum olub ki, ChatGPT tərəfindən təyin edilmiş diaqnoz doğrudur.

Mozilla şirkəti keçən ilin noyabr ayında təşkilatlar, müəssisələr və universitetlər üçün nəzərdə tutulmuş Firefox ESR brauzerinin Windows 7 ilə Windows 8.1-də dəstəyinin dayandırılmasını nəzərdən keçirdirdi. Bu, Microsoft-un sözügedən əməliyyat sistemlərinin dəstəklərini dayandırması səbəbilə baş verə bilərdi. Lakin şirkət öz fikrindən müəyyən müddətlik daşınıb. Mozilla-nın verdiyi rəsmi məlumata əsasən Firefox ESR minimum bu ilin üçüncü rübünə kimi Windows 7 ilə Windows 8.1-də çalışmağa davam edəcək. Mozilla məhz bu ilin üçüncü rübündə öz brauzerinin yeni versiyasını istifadəyə verməyi planlaşdırır. Lakin bununla belə şirkət Firefox ESR brauzerinin köhnə Windows-larda dəstəyinin nə zaman dayandırılacağı barəsində bir məlumat təqdim etməyib.

Verilmiş yeni məlumata əsasən Elon Musk-ın Twitter hesabı sosial şəbəkənin ən çox abunəçi sayına sahib hesabı olub. O bu mövzuda hətta Barack Obama-nın hesabını da geridə qoyub. Məlumata əsasən Musk-ın Twitter hesabı 133 068 709 abunəçiyə, Barack Obama-nın hesabı isə 133 042 819 abunəçiyə sahibdir. Twitter-in botlardan təmizlənməsindən sonra bu sosial şəbəkədə 240 milyon aktiv istifadəçi mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Musk ilə Obama-nın hesablarına Twitter-in aktiv istifadəçi kütləsinin yarısı abunə olub. Qeyd etmək lazımdır ki, Twitter-də ən çox abunəçi sayına sahib şəxslər arasında üçüncü yeri Justin Biber (113 milyon abunəçi), dördüncü yeri isə Katy Perry (108 milyon abunəçi) tutur.

Oryon nüvələrinə sahib Snapdragon 8cx Gen 4 prosessoru Geekbench testlərindən keçib. Qeyd etmək lazımdır ki, Qualcomm-un hazırladığı bu yeni prosessor noutbuklar üçün nəzərdə tutulub. Prosessorun Geekbench testləri çərçivəsində sərgilədiyi nəticələr heç də diqqət çəkmirlər. Lakin prosessorun final versiyasında vəziyyət fərqli ola bilər. Beləliklə Geekbench testlərinə əsasən Snapdragon 8cx Gen 4 prosessoru minimal 2.38 GHz tezlikdə çalışan 12 nüvə ilə təchiz olunub. Prosessorun test versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 613 xal, çox nüvəli testi çərçivəsində isə 5241 xal toplayıb. Snapdragon 8cx Gen 4-ün nə zaman təqdim ediləcəyi barəsində heç bir məlumat yoxdur.

4 il bundan öncə Apple şirkəti AirPower adlı cihazını təqdim etmişdi. Bu, naqilsiz şarj stansiyası idi və şirkətin planına əsasən o, eyni anda bir neçə cihazı şarj etməli idi. Lakin nəticədə AirPower satışa çıxmadı və şirkət onu ləğv etməli oldu. İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti naqilsiz şarj stansiyası ideyasından imtina etməyib. Lakin AirPower analoqunun nə zaman satışa çıxacağını söyləmək qəliz məsələdir. Bloomberg saytının analitiki Mark Gurman hələ keçən ilin oktyabr ayında məlumat vermişdi ki, Apple şirkətinin AirPower-a bənzər cihazı nə vaxtsa satışa çıxacaq. AirPower-a gəldikdə isə onun ləğv edilməsinə gətirib çıxartmış konkret səbəblər heç zaman açıqlanmayıb. İnsayderlər bildirirdilər ki, AirPower-ın ləğv edilməsinə gətirib çıxartmış əsas səbəblərdən biri bir neçə cihazın şarj prosesi zamanı şarj stansiyasının həddən çox qızması idi.

Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2023 konfransının keçirilmə tarixini rəsmi şəkildə açıqlayıb. Beləliklə verilmiş rəsmi məlumata əsasən bu ilki WWDC konfransı 5 iyundan 9 iyuna kimi keçiriləcək. Konfransın ilk günü offline şəkildə, qalan günləri isə online şəkildə baş tutacaq. Baş tutacaq WWDC 2023 konfransı çərçivəsində şirkət iOS 17, iPadOS17, yeni macOS əməliyyat sistemlərini təqdim etməlidir. Son məlumatlara əsasən şirkət ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını da məhz WWDC 2023-də anons edəcək. Şirkət əlavə olaraq konfrans çərçivəsində MR cihazını sərgiləyə də bilər. Əlavə olaraq yeni MacBook Pro ilə MacBook Air-in təqdimatını gözləmək olar.

Galaxy S23 smartfon seriyasının bir neçə müddət bundan öncə satışa çıxmasına baxmayaraq insayderlər artıq Galaxy S24 seriyası barəsində məlumat verməyə başlayıblar. Belə ki, internetdə Galaxy S24 Ultra modeli barəsində bəzi məlumatlar ortaya çıxıb. İnsayderlər bildiriblər ki, Galaxy S24 Ultra smartfonu yenilənmiş ekran ilə təchiz olunacaq və onun ekranı 144 Hz-lik adaptiv təsvir yenilənməsi özəlliyini dəstəkləyəcək. Bununla yanaşı smartfon peyk şəbəkəsi funksiyasını əldə edəcək. Prosessor məsələsinə gəldikdə isə smartfon Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq. Ümumiyyətlə böyük ehtimal ilə Galaxy S24 modellərinin hamısı Snapdragon 8 Gen 3-ün sürətləndirilmiş versiyası olacaq Snapdragon 8 Gen 3 for Galaxy ilə təchiz olunacaqlar. Galaxy S24 smartfon seriyasının gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft şirkəti Bing axtarış sisteminin daxilində olan süni zəka əsaslı çat-bota reklamların yerləşdirilməsi imkanını nəzərdən keçirdir. Dünən isə Microsoft-un korporativ vitse-prezidenti Yusuf Mehdi şirkətin Bing çat-botuna reklamların yerləşdirilməsi imkanını həqiqətən də nəzərdən keçirtdiyini söylərəyək bu məlumatı təsdiqləmiş oldu. Məlum olub ki, bəzi istifadəçilər artıq Bing çat-botu daxilində reklam elanlarını görməyə başlayıblar. Hal hazırda olan versiyaya əsasən reklam elanları istifadəçinin axtardığı bu və ya digər mövzu əsasında sərgilənir. Lakin rəsmi məlumata əsasən Bing çat-botu daxilində reklam elanlarının sərgilənməsi hal hazırda test mərhələsindədir. Buna görə də nəticədə çat-bot daxilində reklam elanlarının necə və hansı sayda sərgilənəcəyi hələ bilinmir.

Samsung şirkətinin yeni qatlana bilən smartfonları Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxıblar. Söhbət, Galaxy Z Fold 5 və Z Flip 5-dən gedir. Smartfonların Geekbench-də ortaya çıxan məlumatları onu təsdiqləyirlər ki, Galaxy Z Fold 5 ilə Z Flip 5 modelləri Snapdragon 8 Gen 2-nin daha sürətləndirilmiş versiyası olan Snapdragon 8 Gen 2 for Galaxy ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy S23 seriyasına daxil olan smartfonlar da Snapdragon 8 Gen 2-nin sürətləndirilmiş versiyası ilə təchiz olunublar.

Snapdragon 8 Gen 2 for Galaxy versiyası 3.36 GHz tezlikdə çalışır. Galaxy Z Fold 5 (SM-F946U) Geekbench-in bir nüvəli testi çərçivəsində 2014 xal, çox nüvəli testi çərçivəsində isə 5022 xal toplayıb. Galaxy Z Flip 5-ə (SM-F731U) gəldikdə isə o, Geekbench-in bir nüvəli testi çərçivəsində 2030 xal, çox nüvəli testi çərçivəsində isə 5213 xal toplayıb. Bundan əlavə olaraq məlumata əsasən Galaxy Z Fold 5 modeli 12 GB RAM, Galaxy Z Flip 5 modeli isə 8 GB RAM ilə təchiz olunacaq. Samsung-un yeni qatlana bilən smartfonlarının avqust ayında təqdim ediləcəyi gözlənilir.

Pierre adlı (ad şərti olaraq qoyulub) belçikalı vətəndaş süni zəka əsaslı Eliza adlı çat-bot ilə ekoloji problemlər barəsində 6 həftəlik ünsiyyətdən sonra intihar edib. Bu barədə məlumatı onun həyat yoldaşı verib. İntihar etmiş şəxsin həyat yoldaşı əmindir ki, əgər Eliza çat-botu olmasaydı Pierre sağ qalacaqdı. Məlumata əsasən Pierre 2 il bundan öncə ekoloji problemlərlə maraqlanmağa başladı və son zamanlarda o, ekoloji problemlər ilə bağlı narahatlıqlarını Eliza adlı çat-bota danışırdı. Pierre-in həyat yoldaşı bildirib ki, Pierre öz zamanının çox hissəsini Eliza ilə ünsiyyətə ayırırdı. Bu üsul ilə Pierre mövcud ekoloji problemlərin həll yollarını müasir texnologiyalarda axtarırdı.

Məlumatda qeyd edilib ki, Eliza çat-botu Pierre-in sualları ilə fərziyyələrini heç zaman şübhə altına atmayıb. Çat-bot tərəfindən təqdim edilən cavablar isə zamanla daha qarışıq və qeyri-müəyyən olublar. Nəticədə Pierre çat-bot ilə intihar mövzusunda söhbət etməyə başlayıb. İntihar mövzusunda söhbət zamanı Eliza Pierre-ə ömür boyu onunla birlikdə olacağını bildirib. Pierre-in çat-bot ilə son ünsiyyəti zamanı çat-botun ona verdiyi son cavablardan biri isə bu olub: “Biz, cənnətdə bir nəfər kimi yaşayacağıq”. Məlumatda qeyd edilib ki, çat-bot Pierre-in suallarına cavab verməklə yanaşı həmçinin onun əsaslandırmalarını sistematik şəkildə təsdiqləyib. Sanki çat-bot elə şəkildə proqramlaşdırılıb ki, o, Pierre-in emosional vəziyyətini və inanclarını dəstəkləsin.

Pierre ilə Eliza arasındakı son söhbət:

Çat-bot ünsiyyət çərçivəsində heç zaman Pierre-in fikirlərinə qarşı çıxmayıb. Bəzi hallarda isə çat-bot ilə Pierre arasındakı ünsiyyət çox qəribə hallar almağa başlayıb. Məsələn Pierre-in həyat yoldaşı ilə övladlarının aqibətlərinin necə olacaqları sualına çat-bot “onlar artıq ölüblər” cavabını verib. Pierre hətta çat-bota onun öz həyat yoldaşını və ya Elizanı daha çox sevdiyi sualını verib. Çat-bot isə öz növbəsində “mən hiss edirəm ki, sən məni ondan daha çox sevirsən” cavabını verib. Pierre-in həyat yoldaşı və psixoloqu əmindirlər ki, Eliza ilə ünsiyyət onun vəziyyətinin daha da pisləşməsinə səbəb olub və nəticədə Pierre intihar edib. Maraqlısı ondadır ki, çat-bot ilə intihar mövzusunda olmuş ünsiyyət zamanı Eliza onu intihar fikrindən daşındırmayıb.

Süni zəka əsaslı Google Bard çat-botunun təqdimatının o qədər də diqqət çəkən şəkildə baş tutmaması səbəbilə Google süni zəka sahəsindəki vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ola bilər ki, bu məsələdə şirkətlər bəzən etik olmayan üsullardan istifadə etsinlər. Hər halda Google şirkətinin keçmiş əməkdaşlarından biri məhz bu fikirdədir. Məlumata əsasən Google şirkətinin alt şirkəti olan DeepMind-ı faktiki olaraq Google Brain komandası ilə əməkdaşlığa məcbur edirlər. Onlar isə öz növbəsində OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu ilə rəqabət apara biləcək Gemini adlı süni zəka sistemini yaratmalıdırlar. Lakin mövzunun əsas məğzi bunda deyil.

Google şirkətinin keçmiş əməkdaşlarından birinin sözlərinə əsasən Google Bard-ın təlimatlandırılmasında ChatGPT-dən istifadə nəticəsində əldə edilmiş məlumatlar istifadə edilib. Məlumatda qeyd edilib ki, Google öz süni zəka əsaslı çat-botunun təlimatlandırılmasında ShareGPT adlı saytdakı məlumatlardan istifadə edib. Qeyd etmək lazımdır ki, sözügedən saytda istifadəçilərin ChatGPT ilə olmuş danışıqların yazıları yerləşdirilir. Məlumata əsasən keçmiş Google əməkdaşı bu cür üsuldan istifadəyə qarşı çıxıb və nəticədə şirkətdən ayrılmalı olub. Google şirkətinin təmsilçiləri isə bu cür halın baş verməsini qəti şəkildə inkar edirlər.

The Information saytının verdiyi məlumata əsasən Jacob Devlin adlı keçmiş Google əməkdaşı şirkətdən ayrılıb və OpenAI komandasına qoşulub. Lakin bu, Jacob-un Google rəhbərliyini ChatGPT məlumatlarından istifadənin qəbuledilməz olması ilə bağlı xəbərdarlığından sonra baş verib. Onun sözlərinə əsasən bu cür yanaşma ChatGPT-dən istifadə şərtlərini pozur. Bundan əlavə olaraq ChatGPT-nin məlumatlarından istifadə etmək öz növbəsində Google Bard ilə ChatGPT-nin tərtib etdikləri cavabların bir-birilərinə bənzəməsinə səbəb ola bilər. Məlumata əsasən bu cür xəbərdarlıqdan sonra Google öz çat-botunun təlimatlandırılmasında ChatGPT-nin məlumatlarından istifadəni dayandırıb.