Duyğu dolu anlar: Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı – FOTO/VİDEO
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələdə dağıntılar altında qalan 61 yaşlı Salman Aydemir təbii fəlakətdən 47 saat sonra xilas edilib. Onun axtarış-xilasetmə işlərinə oğlu Osman da öz ekskavatoru ilə qatılmışdı.
Məlumata görə, Osman səkkizmərtəbəli binanın dağıntıları altında səs eşidib və bunu xilasedicilərə çatdırıb. Aparılan əməliyyat zamanı ata Salman Aydemir sağ-salamat dağıntılar altından çıxarılıb.

Mənbə: Haber Global

Dağıntılar altından 40-50 saat sonra çıxarılan körpə ümidlər – VİDEO
Türkiyədə dağıdıcı zəlzələdən təsir görən 10 vilayətdə dağıntılardan sonra xilasetmə işləri davam edir. Beton plitələrin altından saatlar sonra xilas edilən insanlar, xüsusən də uşaqlar günlərdir şaxtaya, soyuğa baxmayaraq, işləyən insanlara güc verirlər.
Oxu.Az bu qaranlıq günlərdə hər kəs üçün bir ümid işığına çevrilən həmin anlardan bəzilərini təqdim edir.
İzmir Böyükşəhər Bələdiyyəsinin Hatayda Təcili Xilasetmə Sağlamlığı qrupları tərəfindən aparılan axtarış-xilasetmə zamanı Narlıca rayonunda binanın dağıntıları altından biri 3 yaşlı uşaq olmaqla üç nəfər sağ çıxarılıb.

Hatayın Odabaşı Məhəlləsində yeddimərtəbəli binanın dağıntıları altından 6 yaşlı Eymeni xilas edən Bahçelievler Bələdiyyəsi Axtarış və Xilasetmə Birliyi zəlzələdən 43 saat sonra körpənin anası Fethiye Ekizoğlu da sağ çıxarılıb.

Kahramanmaraşda Şazibey Mahallesi Güvenç Mənzilinin dağıntıları altında qalan 3 yaşlı Arif Kaan 43 saat sonra dağıntılar altından sağ çıxarılıb.

Niğde şəhərinin Eski Çerkez Məhəlləsində dağıntılar altından 45 saat sonra 3 yaşlı Muhammed Yusuf Tanık, ondan yarım saat sonra isə anası 38 yaşlı Fatma Tanık xilas ediliblər.

Adıyamanda dağıntılar altında qalan 10 yaşlı Betül 47 saatdan sonra xilas edilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin tabeliyində olan qrupların iştirak etdiyi axtarış-xilasetmə işlərində ikisi uşaq olmaqla üç nəfər dağıntılar altından xilas edilib. Məlumata görə, 2 yaşlı Hanife Hatmi, 5 yaşlı Serap Ela və 1 nəfər təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Türkiyə ordusunun tərkibində fəaliyyət göstərən xilasedicilər yeniyetmənin həyatını xilas etdilər – VİDEO
Türkiyədə dağıdıcı zəlzələdən sonra aparılan axtarış-xilasetmə işlərinə Türkiyə Milli Müdafiə Nazirliyinin Mühəndislik Məktəbinin axtarış-xilasetmə qrupları da qoşulub.
Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında dərc edilən görüntülərdə xilasetmə qruplarının dörd nəfər sakinin xilas edilməsi istiqamətində həyata keçirdiyi əməliyyat əks olunub.
Xilasedicilər dağılmış binanın qalıqları altından yeniyetmə qızı aşkar edərək onun həyatını xilas ediblər.
Daha üç nəfər bina sakininin axtarışları davam etdirilir.

Tektonik silah gerçəkdirmi? – Türkiyədə minlərlə insanı nə öldürdü? + ARAŞDIRMA + FOTO
“Türkiyədə baş verən zəlzələ təbii hadisədir”.
Bunu bir neçə gün öncə keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“1990-cı ildə İranda zəlzələ olanda sovet hakimiyyətindən icazə aldıq, 17 nəfərlik heyətlə onlara kömək etdik. Onda iranlılar deyirdilər ki, bunu Allah törədir, bəziləri də deyirdilər ki, amerikalılar süni şəkildə edirlər. Lakin süni ilə təbii zəlzələni biz ayıra bilirik. İndi də bir çoxları deyirlər ki, Türkiyədə baş verən zəlzələ süni halda törədilib. Lakin bu, belə deyil, Türkiyədəki zəlzələ təbii hadisədir”.
Bu fikrin səslənməsinə baxmayaraq, hadisənin tektonik silah tətbiqi ilə meydana gəldiyi barədə məlumatlar var. Bir çox insan Türkiyədəki zəlzələnin süni olduğunu bildirir. Lakin mütəxəssislər süni ilə təbii zəlzələni bir-birindən ayırmağın mümkün olduğunu söyləyirlər.
Maraqlıdır, süni ilə təbii zəlzələni necə ayırd etmək olar?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən memar Cahid Həsənovun sözlərinə görə, titrəyiş müddətinə görə zəlzələnin təbii və ya süni olduğunu bilmək mümkündür:

“Zəlzələlərin təbii və ya süni olması ilə bağlı söz-söhbətlər dolaşır. Ekspertiza rəyləri olmadan bunu demək düzgün deyil. Araşdırma aparmaq lazımdır. Tarix boyu Türkiyə ən güclü zəlzələlər olan ölkələrin birinci onluğunda yerləşib. Daim bu tip zəlzələlərlə üzləşib.
Binanın uçması titrəyişin çox olması ilə əlaqəlidir. Adətən, 10-20-30-40 saniyə titrəyiş olur. Türkiyədə isə bir dəqiqə yarımdan çox olub. Titrəyiş müddəti çox olduqca bina davam gətirə bilmir. Ola bilər, zəlzələnin gücü, balı az olsun, lakin titrəyiş müddəti çox olsun. O da fəsadlara gətirib çıxarır. Buna əsasən süni olub-olmadığını tutmaq mümkündür. Əsas yeraltı titrəyişin olmasıdır”.
C.Həsənov qeyd edib ki, çökən tikililər konstruksiya baxımından möhkəm olmayan binalardır:
“Elə binalar var ki, 50 ilin binasıdır. Lakin ona heç nə olmayıb. Yeni binalar uçub. Çoxdanın binaları yerin səthinə oturub. Yeni binalar davam gətirə bilmir. Tikintisi texniki baxımdan düzgün aparılmayan binalar titrəyişlərə tab gətirə bilmir”.
Memar əlavə edib ki, bu cür faciələrin qarşısını almaq üçün bina hava şarları ilə təmin olunmalıdır:
“Ümumiyyətlə, belə hallar olur. Heç kəs sığortalanmayıb. Belə faciələrdə yeni kəşflər olmalıdır. Son 20-30 ildə maşınlarda hava şarı (kisəsi) kəşf olundu. Maşına zərbə dəyəndə hava şarı (kisəsi) açılır. Və ya təyyarə eniş qəzası edəndə sərnişinlər hava şarı ilə evakuasiya oluna bilirlər. Hava şarı binaların sağ və ya sol künclərində ola bilər. Yeni nəsil texnologiyalara ehtiyac var. Bununla ən azı özlərini xilas edə bilərlər.
Bununla yanaşı, inşa edilən binalarda insanlar oksigen balonu ilə təmin olunmalıdırlar. Dağıntı altında qalanlar havasızlıqdan ölürlər. Qaçmağa macal tapmırlar. İlk xilasedici vasitə odur. Artıq bunu təklif etmək lazımdır”.
Kimyaçı Türkan Bədəlova da Türkiyədə baş vermiş zəlzələnin təbii olduğunu deyib:
“Bu, süni deyil. Qısa zamanda tektonik silahı yaratmaq reallığa uyğun deyil. Sadəcə olaraq, Türkiyə seysmik zonadır. Yaponiyalı mütəxəssis çıxışında demişdi ki, “Yaponiyadakı zəlzələ ilə Türkiyədəki zəlzələ bir deyil”. Çünki o, daha dərindən gəlir. Türkiyədəki zəlzələ yerin üst qatına daha yaxın olub. Bu səbəbdən dağıntı çox olub.
Kimyəvi cəhətdən o cür silahları yaratmaq mümkün olsa belə, neçə yüz atom bombasının gücünə ekvivalent dağıntılar oldu. Onu da qısa müddət ərzində yaratmaq mümkün deyil”.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, elmlər doktoru, dosent, geofizik, seysmoloq Qulam Babayevin sözlərinə görə, bundan sonra Türkiyənin digər bölgələrində də güclü zəlzələ baş verə bilər:

“Süni və təbii zəlzələni ayırd etmək mümkündür. Bu, dünyada mövcuddur. Lakin hesab edirəm ki, Türkiyədə baş verən zəlzələ o istiqamətə aid deyil. Plitələrin toqquşması nəticəsində baş verən zəlzələdir. Böyük plitə tektonik hərəkətə gəlib. Türkiyənin digər bölgələrində də güclü zəlzələ baş verə bilər. Zəlzələ nəticəsində plitələr bir sistem üzrə hərəkətə gəlib”.
Q.Babayev əlavə edib ki, binalarda tikinti zamanı bünövrə əmsalı nəzərə alınmayıb:
“Burada inşaat problemləri var. Tikinti zamanı bünövrə əmsalı nəzərə alınmayıb. İnsanları zəlzələ öldürmür. Binanın dağıntıları altında qaldığı üçün ölüblər. Bəzi binalarda çat qalsa da, yerin üzərindədir. Bəziləri təmiz çökdü. Tikinti prosesi düzgün aparılmayıb. Zəlzələ nəzərə alınmayıb. Ərazi ilə tanışam. O ərazi təhlükəlidir. Zəlzələ iki plitə arasında baş verib, bu səbəbdən təhlükəsi çoxdur. Problem inşaatdadır”.
Nəzrin Vahid

Balaca Yağmur dağıntılar altından atasına səsləndi: “Çox üşüyürəm” – VİDEO
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
Sosial şəbəkələrdə 5 yaşlı Yağmurun xilas edilməsi zamanı atası ilə baş tutan dialoqu yayılıb.
Belə ki, xilasetmə işlərinə Yağmurun atası da cəlb edilib.
Dağıntılar arasından atasını görən qızcığaz – “Çox üşüyürəm, ata, anamın yanına getmək istəyirəm, əllərim ağappaq oldu”, – deyə səslənib.
Atası isə cavabında Yağmuru sakitləşdirərək deyir:
“Xilasedicilər çuxur açıblar, sənə yaxınlaşırlar, səni qurtaracağıq”.
Həmin təsirli anları təqdim edirik:

Mənbə: İHA

Ekspertlərdən xəbərdarlıq: Hər an zəlzələ ola bilər – VİDEO
“Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq”.
Bunu Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin eksperti Aysun Aykan deyib.
Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan A.Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkesir, Kahramanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib.
Ekspert ölkəsində zəlzələ riski olan vilayətlər haqqında da xəbərdarlıq edib:
“Ölkəmizdə Kocaeli, Bursa, Balıkesir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Eskişehir, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Kahramanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Bu səbəbdən Türkiyənin hər hansı bir bölgəsində dağıdıcı zəlzələnin olması bizi təəccübləndirmir”.

Türkiyədə zəlzələ qurbanlarının sayı 9 mini keçdi – YENİLƏNİB
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.
19:35
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 49133-ə yüksəlib.
12:34
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 40910-ə yüksəlib.
11:52
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-ə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 38224-ə yüksəlib.
10:42
Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 6234-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yaralıların sayı isə 37011-ə yüksəlib.

56 saat sonra yenidən həyatı salamladı: 16 yaşlı Mahmud dağıntılar altından sağ çıxarıldı – FOTO
Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda 5 mərtəbəli binanın dağıntıları altında qalan 16 yaşlı yeniyetmə 56 saatdan sonra yaralı olaraq çıxarılıb.
Aparılan işlər zamanı 16 yaşlı Mahmud Salmana çatmaq mümkün olub.
Komandaların birgə səyi ilə dağıntılar altından çıxarılan Salman alqışlarla xərəyə doğru aparılıb. Yeniyetmənin anası Şirin Salman sevinc içində oğluna sarılıb.
Bir müddətdir ailəsi və qrupları ilə söhbət edən yeniyetmə şəxsi avtomobillə xəstəxanaya çatdırılıb.

Mənbə: Haber Global

Dağıntılar altında tapılan sağlamlıq imkanları məhdud olan qız xilas edilməsini istəmədi – VİDEO
Türkiyənin Hatay şəhərində dağıntılar altında 5 nəfərlik suriyalı ailənin sağlamlıq imkanları məhdud olan qızı tapılıb.
İstanbul Esenyurt Bələdiyyəsinin axtarış-xilasetmə qrupları 16 yaşlı Fatma adlı qıza 54 saat sonra çatıb.
Lakin o, əvvəlcə çıxarılmasını istəməyib. “Gəlməyəcəyəm, yatacağam”, – deyə qız bildirib.
Sağlam olaraq dağıntılar altından çıxarılan qız təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin atası, anası və bir qardaşının öldüyü məlum olub.

Mənbə: Haber Global

Dağıntılar altında qalan ana qızını əmizdirərək yaşatdı: Masal 56 saatdan sonra xilas edildi – VİDEO
Türkiyədə güclü zəlzələnin episentri olan Kahramanmaraş şəhərində 1,5 yaşlı Masal 55 saat sonra yaşadığı binanın dağıntıları arasında tapılıb.
Masal adlı körpəni anası saatlarla əmizdirərək həyatda qalmasına nail olub.
Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə və Ankara Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları dağıntılar altından səslər gəldiyini eşidiblər. Onlar binanın yan tərəfindəki digər binadan səs gələn yerə qədər tunel açıblar.
Nəticədə körpəsini əmizdirərək yaşatmağa çalışan ana da dağıntılar altından sağ çıxarılıb.

Mənbə: Haber Global

Hatay zəlzələsindən zərərçəkən azərbaycanlı: “Adyala bürünüb çöldə oturmuşuq” – FOTO
Fevralın 6-da Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdə zərərçəkən azərbaycanlı qadın danışıb.
Hatay şəhərində yaşayan Lalə Rüstəmova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə baş verən gün ailəsi ilə evdə olublar:
“Mən ailəmlə Hatayda İskenderun Denizçiler məhəlləsində yaşayıram. Hadisə baş verən gün həyat yoldaşım, mən, rəfiqəm və onun beşyaşlı uşağı evdə yatırdıq. Zəlzələ olan zaman tez evdən çıxdıq və gecə saat 04:00-ə kimi binalar çökdü.
Çox dəhşətli mənzərə idi. Neçə gündür ki, çətin vəziyyətdə idik. Açıq mağazalarda da fürsətdən istifadə edib suları baha satırlar. Sadəcə adyala bürünüb sığınacaqda oturmuşuq. Artıq yardımlar edilməyə başlayıb. İndi ərzaq yardımı gələcəyi bildirilib, onu götürəcəyik”.
O qeyd edib ki, Hatayın yolları tamam dağılıb, hava limanı yanıb, işıqlar kəsilib:
“Rəfiqəmin evi tamamilə dağılıb, küçələri su basıb. Hava çox soyuqdur və hər dəqiqə zəlzələ olur. Sonumuz necə olacaq bilmirik”.

Mənim həyat yoldaşım Türkiyə vətəndaşıdır. O da ana-atasını burada atıb gedə bilməz. Mən də yoldaşımı, ailəmi qoyub, Azərbaycana gedə bilmərəm. Zəlzələnin bitməsini, dövlətimizin köməyini gözləyirik”, – deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə ilkin olaraq, FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Eyni zamanda, ötən gün Türkiyəyə iki təyyarə yola salınıb. Təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da olub. Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.
Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Ötən gecə saatlarında da əlavə humanitar yardım üçün maşın karvanı və təyyarə Türkiyəyə yollanıb. bu gün səhər saatlarında isə 227 şəxsi heyət Türkiyəyə yollanıb.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarından Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 8 574 nəfər həyatını itirib, 49 133 nəfər yaralanıb.
İlhamə Əbülfət

Turist Bələdçiləri Dərnəyinin 43 nəfərlik heyəti hotel dağıntıları altında qalıb: 10-u ölüb – FOTO
Türkiyə Turist Bələdçiləri Dərnəyinin (TÜREB) təlimlərə qatılan 43 nəfərlik bələdçi heyəti Adıyamanda olarkən zəlzələ baş verib.
“Grand Isias” hotelinin dağıntıları altında qalan bələdçilərdən 10-u həyatını itirib, 19-u sağ-salamat xilas edilib, 14-ü ilə əlaqə saxlanılmağa çalışılır.
Bu barədə Antalya Ticarət və Sənaye Palatasının (ATSO) 36-cı Qrup Hotellər və Yerləşdirmə Peşəkar Komitəsinin üzvü Funda Gökgöl məlumat verib.
Funda Gökgöl komandanın Mərmərə, Ege və Aralıq dənizi təlimlərini tamamladıqdan sonra cənub-şərqdə təlim keçmək üçün bölgəyə getdiyini bildirib.
“Dağıntılar altındakı dostlarımızın bəziləri çıxarılıblar, bəziləri hələ də dağıntılar altındadırlar. Təəssüf ki, itirdiklərimiz var. Zəlzələnin ilk günündən bəri Antalya Bələdçilər Palatası rəhbəri Mustafa Yalçınkaya və idarə heyətinin üzvü Volkan Lubievski hotel dağıntılarının önündə gözləyirlər. Çıxarılan cəsədlərdən dördü Antalyaya göndəriləcək, amma nəqliyyat vasitəsi tapa bilmirik. Bununla bağlı səlahiyyətlilərdən kömək gözləyirik”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Dağıntılar arasında xilasını gözləyən balaca: “Qolumu kəsəcəklər?” – VİDEO
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
Yayılan növbəti bir videoda ata ilə dağıntılar altında qalan oğlunun söhbəti əks olunub.
Ata oğluna bildirir ki, xilasedicilər tezliklə gəlib arakəsmə betonları kəsib onu dağıntılar altından çıxaracaqlar.
Atasının dediyini səhv başa düşən yeniyetmə – “qolumu kəsəcəklər?”, – deyə atasına sual edir.
Həmin görüntüləri təqdim edirik:

ABŞ azərbaycanlıları Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayır
ABŞ-də yaşayan azərbaycanlılar da Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aksiyasına qoşulub.
“Report” xəbər verir ki, müxtəlif ştatlarda başlanan aksiyada zəlzələdən sonra insanlara lazım olan geyim, qida və digər vacib ləvazimatlar toplanılır.
Toplanan yardımlar çeşidləndikdən sonra Türkiyəyə yola salınır.

Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI – YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycandan Türkiyəyə yardımla bağlı edilən elanın ardından izdiham yaşanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bu gün Türkiyəyə yardımla bağlı elan edilən kampaniyaya qoşulmaq istəyən yüzlərlə insan yardım toplama məntəqəsinə – paytaxtın Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasına axın edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da sosial şəbəkə hesabındakı paylaşımında Türkiyəyə yardım edən azərbaycanlılara təşəkkür edib.

An itibariyle Bakü

“Acınız acımızdır” diyerek yardım getiren ve 7.tırı yola salıp 8. tır ’ı hazırlayan gönüllü kardeşlerimiz.

Sağolun varolun.#Bizbirliktedahagüçlüyüz pic.twitter.com/L4cFlHwDwb

— Cahit Bağcı (@cahitbagci) February 7, 2023

Qeyd edək ki, davam edən yardım kampaniyasına zəruri ehtiyacların toplandığı yüzlərlə qutu hazırlanıb.

17:33
Bu gün Türkiyəyə yardımla bağlı elan edilən kampaniyaya qoşulmaq istəyən minlərlə insan yardım toplama məntəqəsinə axın edib.
Oxu.Az xəbər verir ki, paytaxtın Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında davam edən yardım kampaniyasına zəruri ehtiyacların toplandığı yüzlərlə qutu hazırlanıb.

PhotoStock.Az-ın əməkdaşının yardım kampaniyası ilə bağlı ərazidən hazırladığı reportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock
14:46
Türkiyədə baş verən zəlzələ nəticəsində küçələrdə qalan əhaliyə kömək məqsədi ilə Azərbaycanda yardım kampaniyaları başlanılıb.
Oxu.Az sosial şəbəkələrdə istinad xəbər verir ki, yardım toplama məntəqəsi Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında yerləşir.
Sosial şəbəkə üzərində yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər.
Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Elazığdan Malatyaya gələn yanğınsöndürənlər 12 yaşlı Aysima Yılmazı 40 saat sonra dağıntılar altından xilas ediblər.
Hadisə Ciritpınar Məhəlləsində yaşanıb. Görüntülər yerli mediada yayılıb.
Yaralı qız təcili yardım tərəfindən xəstəxanaya aparılıb.

60.000 əhalisi olan ilçənin yarısı yox olub.

Axar.az xəbər verir ki, bu sözləri Qaziantepin bələdiyyə sədri Fatma Şahin deyib.

“1 milyon insan evlərinə gedə bilmir. Məscidlər, idman zalları, ictimai-sosial binalar və hər yer açıqdır. Təbii qaz kəsildiyi üçün çörək belə hazırlamaq olmur. Təcili çörək və adyal ehtiyacımız var”, – deyə F.Şahin bildirib.

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.
Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib.
Mənbə: TRT Haber

İlham Əliyevin tapşırığı ilə bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb – FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.

“Çelsi”, “Nyukasl” və “Porto”nun sabiq futbolçusu, hazırda “Hatayspor”da çıxış edən Kristian Atsu Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altından sağ tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Qana millisinin 31 yaşlı futbolçusu artıq xəstəxanaya yerləşdirilib.

Afrikalı futbolçu sağ ayağından zədə alıb və nəfəs almaqda çətinlik çəkir.

Qəhrəmanşaraşda daha iki ardıcıl yeraltı təkanlar qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Türkiyə seqmentində məlumat yayılıb.

Belə ki, 3 dəqiqə fasilə ilə 5.3 və 5.1 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Zəlzələ Hatay, Kilis, Qaziantep və Osmaniyə vilayətlərində də hiss edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Qəhrəmanmaraş vilayətinin 7,4 bal (bəzi mənbələrdə 7,7 bal) gücündə zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində 2316 nəfər həlak olub, 13 293 nəfər yaralanıb.