Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır.
Məlumata görə, onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
Hazırda İİKK-nin əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır.
Sayt qeyd edir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan İİKK generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta İİKK-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.
Məlumata görə, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.
Azərbaycan ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.
Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə İİKK-nın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bunda İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür.
Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.
Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.
Xatırladaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu da təsdiqlənib.
Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə bu vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb.
Anadolu agentliyində yayımlanan xəbərdə dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması barədə fikirləri oxuculara təqdim edilib. Yazıda Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, – sözlərinə yer verilib.
Məqalədə Azərbaycan Prezidentinin Türkiyə dövlətinin operativ və çevik addımlarının insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olmasını göstərməsi və qardaş ölkənin gücünü bütün dünyaya bir daha nümayiş etdirməsi barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.
“HaberGLobal” televiziya kanalının saytında yer alan xəbərdə də dövlətimizin başçısının Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Yazıda Prezident İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri xüsusi qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.
“Milliyet” qəzeti isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini yazıb. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.
Türkiyə KİV-lərində yer alan məqalələrdə azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında uğurla çalışdıqları vurğulanıb. “Yeni Şafak” qəzeti yazıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məqalədə Azərbaycan dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyi qeyd olunub.
“Hürriyet” qəzetində dərc edilən məqalədə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər olub. Azərbaycanda başlanan yardım kampaniyası barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri bildirilib. Yazıda sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb.
“TRT Avaz”ın yaydığı xəbərdə isə humanitar yardım daşıyan 13 yük avtomobilinin fevralın 8-də səhər saatlarında Bakıdan Türkiyəyə yola düşdüyü bildirilib. Qeyd olunub ki, bu humanitar yardıma 260 çadır, 300 çarpayı, 2 böyük generator, 8 min geyim, 20 min cüt corab, 350 masa, 1000 stul və 5 min dəsmal daxildir.
Anadolu agentliyinin yaydığı “Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir” sərlövhəli xəbərdə bildirilir ki, Azərbaycan dövləti bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.
Məqalədə dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığı qeyd olunub.
Türkiyə KİV-lərində yer alan xəbərlərdə Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri xüsusi vurğulanıb.
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağıntılar altından 88 yaşlı qadın sağ çıxarılıb.
Yaşlı qadın 62 saat dağıntılar altında qalıb. Xilasedicilərin səyi nəticəsində, onu xilas etmək mümkün olub. Kalkap Değirmenci adlı qadın təcili yardımla xəstəxanaya aparılıb.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bu gün Rusiya ordusu Çerniqov vilayətinin Semyonov rayonuna raket zərbələri endirib.
Raketlər sənaye binasına düşüb, nəticədə bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Episentri Kahramanmaraş olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə həmrəylik mesajları göndərilməkdə davam edir.
Belə ki, Almaniya Parlamentinin deputatları bugünkü iclasda Assambleyanın sədri Baerbel Basın çağırışı ilə zəlzələlərdə həyatını itirənlərin və onların yaxınlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
NOCOMMENT.AZ
Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xilasetmə işlərinə Türkiyəyə 66 ölkədən xilasedicilər gəlib.
Fuad Oktayın sözlərinə görə gələn ölkələrdən 4931 xilasedici artıq zəlzələ bölgəsində işləyir, 1756 nəfər isə tezliklə gələcək.
F. Oktay ərazidə ümumilikdə 103 mindən çox insanın işlədiyini qeyd edib.
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobil gündəm olub.
Əldə etdiyimiz məlumata görə həmin şəxs Sərvər Bəşirlidir. O, qonşuların və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparıb.
O, bu yardımı özünə borc bildiyini və Türk xalqı ilə qardaşlığımızın əhəmiyyətindən danışıb: “Bizim də 1992-ci ildə belə qarlı, çovğunlu hadisələrimiz olub. Qardaş ölkənin də başına gələn bu təbii fəlakətə görə əlimizdən gələn köməkliyi elədik. Gözləmirdim ki, bu fotom gündəm olar və hər kəsin axtardığı şəxsə çevrilərəm. Avtomobilin üstündəki yükləri əmim, dayım, nənəmgil, laçınlıların məskunlaşdığı yataqxanda yaşayan şəxslər yığıb. Mən ancaq tiktok sosial platformasında varam, oradakı rəyləri oxuyuram. Türkiyə bayrağını da maşından asmaq öz ideyam idi. Növbəti dəfə də yardım aparacağıq”.
Qeyd edək ki, Bəşirli Sərvər Rasim oğlu Laçın rayonunun Minkənd kəndindəndir. 1989-cu ildə anadan olub. İmişli qeydiyyatındadır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır.
Məlumat üçün onu da bildirək ki, gündəm olan fotonun müəllifi fotoqraf Elvin Əliyevdir.
“Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.
Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur: “Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.
Fransa Milli Məclisinin sessiyası başlamazdan əvvəl Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər və onların yaxınlarınin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
İclasda çıxış edən Yeal Braun-Pivet deyib: “Minlərlə bina uçub, şaxtalı soyuqda bir çox ailə evsiz qalıb. Fransa zəlzələdən zərər çəkmiş insanlara təcili yardım göstərmək üçün tərəfdaşları ilə səfərbər olur. Fransa xilasetmə qrupları işdə iştirak etmək üçün ərazidədir”.
🇫🇷❤️🩹🇹🇷 Ulusal Meclisi’miz dün #Türkiye’de depremde hayatını kaybedenlerin anısına hürmetin ve sevenlerine desteğinin bir ifadesi olarak bir dakikalık saygı duruşunda bulundu.@AssembleeNat @TBMMresmi #dayanışma #TurkeyEarthquake pic.twitter.com/ZlNq81jj76
— La France en Turquie 🇫🇷🇪🇺 (@FranceenTurquie) February 8, 2023
NOCOMMENT.AZ
Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə müəyyən şərhlər yayaraq, Türkiyədə baş vermiş zəlzələnin Azərbaycanda da olacağı haqda “proqnoz verirlər”.
“Onlar Xəzər dənizində neft və qaz hasilatı ilə əlaqədar qazılmış quyuların belə bir təhlükəyə səbəb ola biləcəyini iddia edirlər. Yalnız bisavad adamlar bu məlumatları yaza və yaya bilər. Neft və qaz istehsalının zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Boşluq əmələ gələrsə, bu, müəyyən kiçik təkanlar yarada bilər, amma insan fəaliyyəti böyük zəlzələlərə səbəb ola bilməz”, – ekspert bildirib.
Ekspert sosial şəbəkələrdə yayılan saxta xəbərlərə və məlumatlara da öz münasibətini bildirib:
“Bir daha təəssüflə qeyd edirəm ki, özünü ekspert və siyasətçi adlandıran bir qrup şəxs sosial şəbəkələrdə belə şayiələr yaymaqdan çəkinmir. Bundan başqa sosial şəbəkələrdə bəzi konspiraloji nəzəriyyələr irəli sürülür ki, guya bu zəlzələlər hansısa ölkələr tərəfindən təşkil olunub, tektonik silahlardan istifadə edilib və s. Bu kimi şayiələr ilk dəfə deyil ki, ortaya çıxır. Hər böyük zəlzələdən sonra insanlar arasında belə iddialar yayılır və hər dəfə də təkzib olunur. Müqayisə üçün qeyd edim ki, Türkiyədəki zəlzələdən daha zəif zəlzələnin baş verməsi üçün Xirosimada partladılmış bombanın 50 qat gücündə bomba partladılmalıdır. Bunu isə kimsə 15 km dərinliyə qazıb yerləşdirməlidir. İndiki vəziyyətlə bağlı bu, Türkiyə ərazilərində edilməldir. Göründüyü kimi, bu, mümkün deyil. Dünyada ən dərin quyu vaxtilə Sovet İttifaqı tərəfindən Kola yarmadasında 11 km dərinliyində qazılıb və sonradan bu layihə bağlanıb. Heç bir ölkənin texnologiyasında zəlzələləri süni şəkildə yarada biləcək tektonik silah mövcud deyil. Ona görə də hər kəsi neft-qaz quyusu və ya tektonik silahlarla bağlı uydurmalara inanmamağa çağırıram”.
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir qadının meyitini çıxarıb.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 50 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Lazımsız informasiyanın beynimizə axın etdiyi bu dövrdə yaddaşımızın idarəsi də get-gedə çətinləşməkdədir. Son dövrlərdə təhsil sahəsində aparılan tədqiqatlara görə, uğurlu tələbələrin öyrənmə qabiliyyəti daha yuxarıdır.
1. Xatırlamaq üçün özünüzü məcbur edin.
Sizin üçün faydalı olan şeylərin ən az əyləncəli olan hissəsi də onların çətin olmasıdır. Öyrənmək çətinləşdikcə, insan əlindən glənin ən yaxşısını edir. Məsələn, bu, çəkinizdən daha artıq olan ağırlığı qaldırmağın, sizi daha güclü etməsi kimidir. Bunu fürsətə çevirmək bəsit olsa da, asan deyil. Xatırlamaq üçün özünüzü məcbur edin. Öz hazırladığınız kiçik məlumat kartları bu işdə sizə kömək edəcək və beyninizdəki suallara cavab verməyə sizi məcbur edəcək.
2. Beyninizi çox qarışdırmayın.
Oxuduğunun bir şeyin asan olduğunu və onu dərhal başa düşdüyünüzü düşünmək səhvdir. Aldığınız məlumatı eyni sürətlə də unuda bilərsiniz. Məsələn, hava limanındasınız və giriş darvazanızın nömrəsini xatırlamağa çalışırsınız. Monitora baxıb 210 olduğunu görürsünüz və öz-özünüzə asan olduğunu deyirsiniz. Əlinizdəki telefonu qurdalayaraq, gəzməyə başlayırsınız. Bu halda da hara getdiyinizi dərhal unudursunuz. Əslində etməli olduğunuz şey isə, nömrəni oxuyub, özü-özünüzə təkrar etməkdir:’Qapı hansıydı? Hə, 210, oldu, indi xatırladım”.
3. Köhnələr və yenilər arasında əlaqə qurun.
Yeni öyrəndiyiniz bir şeyi köhnə bilginizlə əlaqələdnirmək xatırlamağın ən yaxşı üsullarından biridir. Bu həm də yeni öyrəndiyiniz bilgini daha yaxşı dərk etməyinizə kömək edəcək.
4. Öyrəndiklərinizi yansıtmağa çalışın.
Geriyə dönüb baxmaq hər zaman yaxşıdır. Professor Francesko Gino deyir ki, insanlar öyrəndiklərini yansıtmaq fürsəti tapdıqlarında, bu onlara çox kömək olur. Bunun öhdəsindən gələ biləcəklərini əyani sürətdə görür və öyrəndikləri şeylərər daha çox enerji sərf edirlər. Bildiyimiz şeyləri təcrübədə sınamaq və etdiyimiz işlərdə yansıtmaq sizə mənasız görünə bilər, lakin əslində bu daha faydalı bir üsuldur.
Mərkəzləri Kahramanmaraşda baş verən və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Ermənistan rəhbərliyi axtarış-xilasetmə işlərinə dəstək vermək üçün Türkiyəyə qrup göndərib.
Dünən axşam saatlarında yola düşən komandanın 57 nəfərdən ibarət olduğu bildirilib.
“Türkiyənin zəlzələ baş verən bütün ərazilərində nümayəndələrimiz var və səfirliyimiz 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir”.
Səfirin sözlərinə görə, əməkdaşları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə birgə çalışır:
“Onlar müəyyənləşdirir ki, harada ehtiyac var və qrup şəklində ünvanlara göndərilir. Zəlzələ baş verən ərazilərdə qalan azərbaycanlılar təyin olunaraq sənədləşdirilərək Vətənə təxliyə olunur”.
Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra Apple və Google Türkiyə və Suriyanın yaralarının sağalmasına kömək edəcəklərini açıqlayıb.
Apple və Google-dan Türkiyəyə dəstək mesajları gəldi. Apple və Google zəlzələ bölgəsindəki yaraları sağaltmaq üçün ianə edəcəklərini açıqladı. Apple baş direktoru Tim Kuk sosial media hesabından verdiyi açıqlamada başsağlığı dilədi və “Türkiyə və Suriya xalqına və dağıdıcı zəlzələlərdən zərər çəkən hər kəsə başsağlığı veririk. Apple yardım və xilasetmə işlərinə ianə verəcək” dedi.
Google-un ana şirkəti Alphabet-in CEO-su Sundar Pichai deyib: “Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra dağıdıcı itkilər verən hər kəsin kədərini bölüşürük. Proses haqqında təcili məlumat vermək üçün SOS siqnallarını işə saldıq və @Googleorg və Google işçiləri kömək edir və xilas edir. Onların işinə dəstək olacaq”.
Zəlzələdə xilasetmə işlərinə prioritet verildiyini bildirən ədliyyə naziri Bəkir Bozdağ, “Qeyri-ixtiyari ehtiyatsız olanlar hesab verəcək” dedi.
Dağılan binalarla bağlı açıqlama verən nazir Bozdağ bunları deyib:
“Diyarbəkir Baş prokuroru Mustafa Çelenk artıq təqibə başlayıb. Amma hazırda prioritetimiz xilasetmə işləri, dağıntılar altından insanlarımızı xilas etməkdir. Bundan sonra məhkəmə prosesi davam edəcək. Əgər kiminsə səhlənkarlığı, günahı və ya pis niyyəti varsa, hamısı həbs ediləcək. Bunun hesabını verəcəkdir. Heç kim etdiklərinə görə haqsız qalmaz. Buna əmin olun.”
“Soyuq havalarda hava-damcı yolu ilə keçən virus infeksiyalarının yayılmasına münbit şərait yaranır. Nəzərə almaq lazımdır ki, insanlar soyuq havada qapalı məkanlara toplaşırlar. Bu da xəstələnmə hallarını artırmış olur. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.
İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir: “Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq.
Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir. Əksər hallarda ilk 2 sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi zamanı daha çox antibiotiklərin istifadəsinə önəm verir. Bu, yalnışdır”.
Türkiyədə zəlzələdən zərərçəkən ailələrə 10 min lirə maliyyə yardımı göstəriləcək.
Dövlət başçısı bildirib ki, yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq: “Təbii fəlakətin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq. Eyni zamanda zəlzələdən zərərçən hər bir ailəyə 10 min lirə yardım göstəriləcək”.
Ərdoğan deyib ki, zəlzələ bölgəsində axtarış-xilasetmə fəaliyyətləri davam edir: “Eyni zamanda vətəndaşlarımızın təxliyəsi da davam edir. Təxribatçıların cəhdlərinə imkan vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır”.
İranda spirtli içki qadağan olunsa da, sakinlər onu əldə etməyin yolunu tapıblar. Belə ki, spirtli içki alveri dronların köməyi ilə həyata keçirilir.
Məlumata görə, kadrlar Tehranın əsasən zənginlərin məskunlaşdığı Zəfəraniyə məntəqəsindəndir.
Prezident Ərdoğan Kahramanmaraşın zəlzələ bölgəsindəki çadır şəhərciyinə baxış keçirir.
Prezident Ərdoğan AFAD-ın Onikisubat Stadionunda qurduğu çadır şəhərciyi və bölgədə araşdırmalar aparır.
Ərdoğan və AK Partiya sədr müavini Binəli Yıldırım və Numan Kurtulmuş, Prezident Aparatının Kommunikasiyalar üzrə Müdiri Fahrettin Altun və Cumhurbaşkanlığının sözçüsü İbrahim Kalın da bölgəyə gəlib.
Yapon professor: Dünyanın quruda ən böyük zəlzələlərindən biridir
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Hans Kluge, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 əyalətdə böyük dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 3-cü dərəcəli fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.