“Hörümçək adam” cizgi romanının bir səhifəsi 3 milyona satıldı

ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən hərracda “Hörümçək adam” cizgi romanının bir səhifəlik sənət əsəri 3,36 milyon dollara alıcı tapıb.

“Qafqazinfo” xəbər verir ki, bundan əvvəlki rekord 657 min 250 dollara satılan 1974-cü il tarixli “The Incredible Hulk” sayına məxsus olub.

ABŞ-ın “Heritage” auksionunun salonundakı hərracda “Hörümçək adam” cizgi romanının 1984-cü il nəşrinin 25-ci səhifəsi 3,36 milyon dollara satılıb.

330 min dollardan açılan hərracda əsərin səhifəsinə verilən qiymət ilk gündə 3 milyon dolları keçib.

Eyni gün “Superman” cizgi romanının keçmiş saylarından biri də 2,18 milyon dollara alıcı tapıb.

Hər iki cizgi romanın alıcısının kimliyi açıqlanmayıb.





Son Xəbərlər

Mənbə:
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar