Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Türkiyənin Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxara biliblər.

“Report” xəbər verir ki, xilasetmənin videogörüntülərini Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş tviterdə paylaşıb.

“Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, - o qeyd edib.

Pest İli Arama Kurtarma Ekibi 1,5 yaşındaki çocuğu kurtarıyor. Hatay, 8 Şubat 2023 <noindex>https://t.co/F6MJ4XwYB0</noindex><noindex>@anadoluajansi</noindex><noindex>@trt</noindex><noindex>pic.twitter.com/Pe5DtqO9aw</noindex>
— Viktor Mátis (@MacaristanBE) <noindex>February 8, 2023</noindex>

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmayacaq.

"Report"un məlumatına görə, bu barədə 36 yaşlı hücumçunun qardaşı Matias Messi özünün "Twitch" kanalında açıqlama verib.

O bildirib ki, qardaşı hazırda bu fikirdə deyil: "Amma geri dönsək, yaxşı təmizlik işləri görəcəyik. Digərləri ilə yanaşı, biz Joan Laportanı da qovacağıq".

Qeyd edək ki, Lionel Messi 2003 - 2021-ci illərdə "Barselona"nın formasını geyinib.

Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisini güclü rəqib adlandırıb.

"Report"un məlumatına görə, almaniyalı mütəxəssis bunu RTBF-ə açıqlamasında 2024-cü il Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları komandalar barədə danışarkən deyib.

O bildirib ki, ilk hədəf final mərhələsinə vəsiqə qazanmaqdır: "Asan olmayacağını bilmirəm. Çünki çox güclü rəqiblərlə qarşılaşmalıyıq. Lakin əla komandamız var. İnanıram ki, biz bunu bacaracağıq".

İtaliyalı baş məşqçi "qırmızı şeytanlar"la AVRO-2024-ün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika yığması ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

FIFA 2022-ci ilin ən yaxşı kişi və qadın qapıçısı nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, 3 nəfərlik yekun siyahıda aşağıdakı qolkiperlər yer alıblər:

Kişi qapıçılar

1. Yassin Bunu (Mərakeş / "Sevilya")

2. Tibo Kurtua ("Real Madrid" / İspaniya)

3. Emiliano Martines (Argentina / "Aston Villa")

Qadın qapıçılar

1. Ann-Katrin Berger (Almaniya / "Çelsi")

2. Meri Erps (İngiltərə / "Mançester Siti")

3. Kristiana Endler (Çili / "Lion")

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.

"Azərbaycan başda olmaqla, onun yanında İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstəyini ifadə ediblər".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataydakı çıxışında deyib.

"Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, axtarış xilasetmə əməliyyatlarında 18 ölkə nümayəndələri iştirak edir: "Proses davam edir. Hataydakı universitet xəstəxanası da artıq xəsarət alanları qəbul etməyə başlayacaq".

Son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.

Ermənistan Futbol Federasiyası Superkubok oyunu ilə bağlı gülünc addım atıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, titulun son ölkə çempionu "Pünik" klubuna verilməsi qərara alınıb.

Buna İrəvan təmsilçisinin Superkubok matçındakı rəqibi olan Ermənistan Kubokunun son qalibi "Noravank"ın cari mövsümün əvvəlində fəaliyyətini dayandırması səbəb olub.

Reqlamentə əsasən, federasiya sözügedən komandanı kubokun finalçısı ilə əvəzləyə bilərdi. Lakin qaydalara məhəl qoymayan qurum Superkuboku "Pünik"ə hədiyyə edib.

Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

"Report" xəbər verir ki, bu gün “Bakı KOB evi”ndə Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi ("MÜSİAD Azərbaycan"), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş "Qardaş köməyi" platformasının təqdimatı keçirilib.

Azərbaycan sahibkarlarının, biznes assosiasiyaların və ictimai birliklərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev, "MÜSİAD Azərbaycan"ın rəhbəri Rəşad Cabirli, TÜİB-in sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin üzvü Rafiq Qarayev, Gəncliyə Yardım Fondunun sədri Ahmet Tecim və digərləri çıxış ediblər.

Qeyd olunub ki, bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır. Azərbaycanın biznes ictimaiyyəti də yardım prosesində fəal iştirak edir, öz dəstəyini əsirgəmir.

Dünən gecə saatlarında operativ şəkildə yerli sahibkarlarımızın dəstəyi ilə isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım TIR-rlara yüklənib. Növbəti mərhələdə Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə bu TIR-lar Türkiyəyə göndəriləcək. Təqdirə layiq haldır ki, dəstək prosesində yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb edirlər. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

Sonra "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri, "Qardaş köməyi" platformasının rəhbəri Rəşad Cabirli platforamaya dair təqdimatla çıxış edib, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün platformanın Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Bildirilib ki, platforma “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyət göstərəcək. R.Cabirli "Qardaş köməyi" platformasına qoşulmaq istəyənlər üçün açılmış bank hesabı, eləcə də əşya və s. yardımlar üçün ayrılmış yerlər barədə də məlumat verib.

Tədbir çərçivəsində "Qardaş köməyi" platformasına dair videoçarx təqdim edilib, platforma adından bəyanat səsləndirilib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Report” xəbər verir ki, bunu R.Sunak tviterdə yazıb.

“Britaniyaya xoş gəldin, Prezident Zelenski”, - hökumət başçısı bildirib.

14:52

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.

“Report” “Sky nyus”a istinadən xəbər verir ki, dövlət başçısının olduğu təyyarə Londona çatıb.

V.Zelenskinin Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşəcəyi gözlənilir.

İki ölkə liderləri Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Onların, həmçinin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

“Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin genişləndirilməsinə başlanılması və onun ikiqat artırılması ilə bağlı planlar həm İtaliyaya, həm də bütün Avropa İttifaqı (Aİ) ölkələrinə qaz ehtiyaclarını ödəməyə kömək edə bilər”.

Bunu "Report"a italiyalı politoloq, Geopolitica.info saytının baş analitiki Salvatore Santangelo deyib.

“İtaliya bazarında Azərbaycan təbii qazının rolu getdikcə artır. Rəsmi hesablamalara görə, Azərbaycandan Avropaya təbii qaz ixracı 2021-ci illə müqayisədə ötən il 42 % artıb. Bu, Trans-Adriatik Boru Kəməri kimi mövcud marşrutlarla nəqlin maksimum həddə çatdırılması nəticəsində əldə edilib. Hazırki həcmin ikiqat artırılması həm İtaliyaya, həm də Aİ-yə təbii qaz ehtiyaclarını ödəməyə kömək edə bilər”, - o bildirib.

Onun sözlərinə görə, İtaliyanın transkontinental neft və qaz qovşağı rolunu oynamaq imkanı olduğundan hazırkı hökumət əsas diqqətin enerji sektoruna yönəldiyi "Mattei planı"nı açıqlayıb.

“Avropaya qaz tədarükünü artıran Azərbaycanın dəstəyi ilə “Mattei plan"ı reallığa çevrilə bilər. İtaliya və Aİ-nin nəzərdə tutduğu bu hərtərəfli tranformasiyaya artıq yaşıl işıq yandırılıb. Beləliklə, onun reallaşması sadəcə zaman və sərmayə məsələsidir”, - S.Santangelo vurğulayıb.

“Bəzi məsələlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrlə bağlı Rusiya ilə fikir ayrılıqlarımız var”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunu böhran adlandırmaq şişirtmə olar: “İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri var, həmçinin çoxlu ikitərəfli və çoxtərəfli sazişlər mövcuddur”.

A.Mirzoyan, həmçinin bildirib ki, Ermənistan rəsmiləri rusiyalı həmkarlarə ilə daim təmasdadırlar.

Xatırladaq ki, ötən ilin dekabrın 22-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilməli idi. Amma A.Mirzoyan son anda Moskvaya getməkdən imtina etmişdi.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsində KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimlərini keçirməkdən imtina etmişdi.

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sona qədər Türkiyənin yanında olacaq, sona qədər də dağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində işlərimizi davam etdirəcəyik".

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicisi Pərviz Salmanov deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə işləri davam edir. Burada qruplar şəkilində fəaliyyət göstəririk. Hazırda şəhər ərazisində yerləşən 7 mərtəbəli binanın dağıntıları altında bir nəfərin meyiti aşkarlanıb. FHN-in bir qrupu həmin şəxsin meyitini çıxarmaq üçün işlər aparır. Digər qrup isə həmin binanın dağıntıları altında sağ qaldığı ehtimal edilən şəxsin çıxarılması işlərini həyata keçirir", - FHN əməkdaşı vurğulayıb.

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir minik maşını Xankəndidən Laçına, digər minik maşını isə əks istiqamətə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 7-ə çatıb.

11:22

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin təminat və təchizat avtomobilləri Xankəndidən Laçına istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 5-ə çatıb.

10.59

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 59 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Azərbaycanda sosial sahibkarlığın dayanıqlı və sistemli inkişafının təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı dövlət dəstək mexanizmlərinin inkişaf etdirilməsinə də ehtiyac var.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, fiskal stimullar ilə bərabər, texniki dəstəyin göstərilməsi, xüsusilə də güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər: "Sosial sahibkarlıq sahəsində məlumatlıq səviyyəsinin artırılması və potensialın gücləndirilməsi hökumət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilməli olan strateji istiqamətlərdən biridir. Bu məqsədlə sosial sahibkarlığın mahiyyəti və missiyası barədə əhali və bizneslər arasında informativ tədbirlər, təlimlər, mediada məlumatlandırma kampaniyaları, yerli və beynəlxalq səviyyəli kütləvi forumlar təşkil oluna bilər".

Orxan Məmmədov hesab edir ki, həmçinin, qadın sosial sahibkarın sosial bizneslərin daha effektiv şəkildə idarə edilməsi üçün bir-birindən öyrənməsi, yeni bilik və bacarıqlar əldə etməsi zəruridir: "Qadın sahibkarların cəmiyyətdə rolunun vurğulanması məqsədilə qadın sosial sahibkarlar arasında şəbəkələşmə və ictimai təşviqat tədbirlərinin keçirilməsi əhəmiyyətlidir".

İspaniyanın "Real Madrid" klubunda baş məşqçi postuna namizəd bəlli olub.

"Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin sabiq futbolçusu Raul Qonzales Karlo Ançelottini əvəzləyə bilər.

"Kral klubu" cari mövsüm La Liqanı və ya Çempionlar Liqasını qazana bilməsə, 64 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Raul Qonzales hazırda "Real Madrid"in gənclər komandasının sükanı arxasındadır. 46 yaşlı baş məşqçi bu yaxınlarda İngiltərənin "Lids" klubunun təklifini geri çevirib.

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Nuriyeva Məhluqə Hüseynalı qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kanada hakimiyyəti milli səhiyyə sisteminin modernləşdirilməsinə 10 il ərzində 196,1 milyard Kanada dolları (145,8 milyard ABŞ dolları - Red) ayırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin yaydığı məlumatda deyilir.

Sənəd baş nazir Castin Trüdonun səhiyyə məsələlərinin müzakirə olunduğu Kanadanın bütün regionlarının nümayəndələri ilə görüşündən sonra dərc edilib.

Vəsaitlər, xüsusən ölkənin ucqar ərazilərində və Kanadanın yerli xalqlarının yaşadığı yerlərdə tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün istifadə olunacaq. Hakimiyyət tibb işçilərinin sayını da artırmaq niyyətindədir.

ABŞ Dövlət Departamenti Polşaya 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəş sistemlərinin (MLRS) və digər silahların mümkün satışına icazə verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ xarici siyasət idarəsi “M142 HIMARS” reaktiv yaylım atəş sistemlərinin və müvafiq avadanlığın Polşaya təxminən 10 milyard dollara mümkün satışını təsdiqləyib.

Xatırladaq ki, rəsmi Varşava daha əvvəl adı çəkilən 18 sistemi əldə etmək üçün icazə istəyib.

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə yaxın “Leopard 1” tankı alaraq Ukraynaya tədarük etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysu Ollonqren bəyan edib.

Söhbət Almaniyanın müdafiə sənayesinin ehtiyatlarında olan tanklardan gedir. Qeyd olunub ki, ölkələr həmçinin tanklar üçün ehtiyat hissələri və döyüş sursatları tədarük etmək niyyətindədirlər.

Almaniyanın müdafiə naziri Boris Pistorius da bir sıra Avropa ölkələrindən Ukraynaya “Leopard 1A5” tanklarının göndəriləcəyini təsdiqləyib.

“2024-cü ilin birinci və ya ikinci rübünə qədər ən azı üç Ukrayna batalyonu belə tanklarla təchiz edilməlidir. Texnikanın çatdırılması mərhələli şəkildə həyata keçiriləcək. Yaya qədər Kiyevə 20-25 tank, ilin sonuna qədər isə 80-ə qədər tank köçürülməlidir. Məqsəd 2024-cü ilin birinci və ya ikinci rübünə qədər Ukraynaya 100-dən çox tank çatdırmaqdır”.

"Zəlzələ bölgələrinə 18 min jandarma, 10 min polis cəlb olunub. Daha 10 min jandarma da cəlb olunacaq".

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.